Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü

  • Müəllif: Firuzə
  • 03 Oktyabr 2025 10:47

Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.

Gununsesi.info  xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info