Sahibə Qafarova üçtərəfli əməkdaşlığın əsas hədəflərini açıqladı

  • By admin
  • 27 İyul 2021 15:39

“Beynəlxalq münasibətlərdə ikili standartlar davam edir. Qərəzli və ədalətsiz mövqelərin mövcudluğu qardaş dövlətlər olaraq, bizi daha sıx əməkdaşlığa sövq edir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, bu əməkdaşlıq qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.

S.Qafarovanın sözlərinə görə, üçtərəfli parlament əməkdaşlığı milli maraqların beynəlxalq platformalarda birdə müdafiəsini təmin edəcək.