“Salyan Süd” MMC-dən oğurluq edildi

  • By admin
  • 19 Aprel 2021 14:52

“Salyan Süd” MMC-nin həyətindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də “Salyan Süd” MMC-nin həyətindən 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Hənifəyev və Neftçala rayon sakini R.Axundov saxlanılıb.