Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin son durumu açıqlandı - YENİLƏNDİ

  • Müəllif: Günel
  • 21 Avqust 2025 08:17

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Gununsesi.info xəbər verri ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Onlardan 9-u azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb.

5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

01:38

Şəmkir rayonunda dönərdən zəhərlənən daha 6 nəfərin kimliyi məlum olub.

Gununsesi.info zəhərlənənlərin siyahısı:

Gülər İsmayılova (1986), Aygün Vəlizadə (1998), Türkanə Süleymanova (1996), Rübabə Əhmədova (1975), Gülər Bayramlı (1986), Novruz Süleymanlı.

***

00:42

Şəmkir rayonunda dönərdən zəhərlənən 14 nəfərin kimliyi məlum olub.

Gununsesi.info zəhərlənənlərin siyahısını tıqdim edir:

Şəmkir şəhər sakinləri Xədicə Abbasova (2014), Ömər Abbasov (2020), Şəmkir rayonunun Düyərli kənd sakinləri Novruz Süleymanlı (1996), Türkan Süleymanova (1998), Aygün Vəliyeva (1998), Rübabə Əhmədova (1975), Aytac Qurbanova (2020), Duyğu Bayramlı (2019), Şahnaz Babayeva (2011), Aydan Hüseynova (2022), Hüseyn İsmayılov (2016), Səbuhi İsmayılov (2019), Gülər Bayramlı (1986), Gədəbəy rayon sakini Vüsal Hüseynov (1990).

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti bu rayonun sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.

İlkin məlumata görə, həmin şəxslər “Almalı” dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.

***

23:52

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, 20-dən çox şəxs dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmin şəxslərin vəziyyəti orta-ağırdır. Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, bu gün Tovuz rayonunun Əyyublu kəndində 5 nəfər dönərdən zəhərlənib.(Teleqraf)

Gununsesi.info