SON DƏQİQƏ: Ermənistan itkilərini açıqladı

  • By admin
  • 13 Sentyabr 2022 11:46

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasında həllini tapmalıdır”, – o söyləyib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir:

“Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.

Gununsesi.info