Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 648 yeni yoluxma faktı qeydə alınıb, 1 365 nəfər müalicə olunaraq sağalıb.

Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 891, ötən müddət ərzində isə ümumilikdə 5 777 429 test aparılıb.

Gununsesi.info