Uşağın qoltuqaltında şiş varsa… - AÇIQLAMA

“Əgər uşağa sol tərəfə vərəm əleyhinə peyvənd vurulandan sonra sol qoltuqaltı şişibsə, bu, peyvəndlə əlaqəli prosesdir”.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin İnstaqram səhifəsində canlı yayımda deyib.

HTML tutorial

Ekspert bildirib ki, yeni doğulmuşlarda sol qoltuqaltında olan şiş buna işarədir.

“Yox, əgər şiş sağ və ya hər iki tərəfdədirsə, bu, iltihabi proses, yaxşıxassəli və pisxassəli xəstəliklər ola bilər. Bunu araşdırmaq lazımdır”, – deyə o qeyd edib.

Gununsesi.info