Sumqayıtda beşmərtəbəli yaşayış binasına od düşdü

  • By admin
  • 09 May 2021 15:16

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində 8/25 saylı binasında qeydə alınıb.

Blokların birində pilləkən qəfəsində quraşdırılmış 3 ədəd su sayğacı yanıb. Yanğın nəticəsində ətrafda olan qaz sayğaclarına da ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.

Mənzillər yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.