Uşaqlar pulsuz sünnət olunacaq

  • By Günel
  • 12 Sentyabr 2024 10:54

Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

Gununsesi.info