Təzəpir məscidində bayram namazı qılınıb

  • By admin
  • 21 İyul 2021 09:54

Bu gün səhər saatlarında Bakıdakı Təzəpir məscidində Qurban bayramının namazı qılınıb.

Gununsesi.info-nun məlumatına görə, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, artıq ikinci gündür Azərbaycanda Qurban bayramı qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə görə, Azərbaycanda qurban kəsiləsi üç gün – 20, 21 və 22 iyulda davam edəcək.

Nazirlər Kabinetinin qərarına əsasən bayramla əlaqədar 18-21 iyul qeyri-iş günləridir.