“Taliban”da qızların təhsili ilə bağlı daha bir SƏRT QADAĞA

  • By admin
  • 29 Yanvar 2023 09:05

“Taliban” hökuməti Əfqanıstanda qızların ali məktəbdə təhsil almalarına qoyduğu qadağaları sərtləşdirir və onların universitetlərə qəbuluna mane olur.

Gununsesi.info “Al-arabiya”ya istinadla xəbər verir ki, hökumətin Ali Təhsil Nazirliyi qeydedilən mövzuda qaydaları pozan qurumların cəzalandırılacağını artıq təsdiqləyib.

Nazirlik ölkənin şimal əyalətlərində, o cümlədən Kabildə imtahanların fevralın sonuna planlaşdırıldığı haqda göstəriş verib.

“Taliban” ötən ilin dekabr ayında da universitetlərə qız tələbələrin daxil olmasına qarşı çıxmışdı.

Xatırladaq ki, qızların orta məktəblərdə oxumağı da ölkədə yasaqlanıb və məktəblərin əksəriyyəti bu səbəbdən bağlıdır.

Gununsesi.info