Tramp HƏMAS-ı hədələyib: - Girovlar azad edilməsə, Yaxın Şərq cəhənnəmə çevriləcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp HƏMAS-ı hədələyərək, israilli girovların azad edilməsini tələb edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp “Əgər girovlar 2025-ci il yanvarın 20-dən əvvəl, qürurla ABŞ prezidenti vəzifəsini icra edəcəyim vaxta qədər azad edilməsələr, Yaxın Şərq cəhənnəmə çevriləcək. Məsul şəxslər ciddi şəkildə güllələnəcəklər. Girovları dərhal azad edin” deyib.

Belə ki, Qəzza zolağında 101 israilli məhbusun olduğu təxmin edilir.

HƏMAS-ın bu gün verdiyi açıqlamada 2023-cü ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına etdiyi hücumlarda 33 məhbusun həyatını itirdiyi açıqlanıb.

HƏMAS məhbusların azad edilməsi üçün İsrailin Qəzza zolağından tamamilə çıxarılmasını və müharibənin dayandırılmasını tələb edir.

İsrailin 2023-cü ilin oktyabr ayından Qəzza zolağına hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 44 mindən çox fələstinli həyatını itirib.

Orxan Saffari 

Gununsesi.info