Trampdan seçki bülletenləri ilə bağlı maraqlı iddia

  • By admin
  • 13 Avqust 2020 12:28

ABŞ Prezidenti Donald Tramp ölkədə “poçtla” göndərilən seçki bülletenlərinin “ölülərə, pişiklərə və itlərə” də getdiyini iddia edib.

Gununsesi.info bildirir ki, “Anadolu” agentliyi məlumat verir ki, Rusiya, İran və Çin kimi ölkələrin ABŞ seçkilərinə müdaxilə edəcəyi iddialarına diqqət çəkən Tramp seçkilərdə əsas problemin Çin, İran və ya Rusiya deyil, demokratlar olacağını deyib.

Trampın sözlərinə görə, demokratlar poçt səsverməsi üçün 3,5 milyard dollar tələb edirlər:

“Uzaqdan səsvermə isə ölkə tarixində ən böyük hiylədir”.

Tramp qeyd edib ki, demokratlar istədikləri pulu ala bilməyəcəklər. O, məktubla göndərilən seçki bülletenlərinin etibarlı olmadığını vurğulayıb.

Gununsesi.info