Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya edib.
Gununsesi.info xəbər verir ki, layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb.
Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.
Gununsesi.info