Türkiyə millisindən daha bir məğlubiyyət

  • By admin
  • 16 İyun 2021 22:01

Futbol üzrə Avropa çempionatında A qrupunda II tura start verilib.

Gununsesi.info xəbər verir ki, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

 

İkinci yarıda “ay-ulduzlular” daha daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq edib. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topunun qapının üstündən vurub.

Bakı Olimpiya Stadionundakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

Gununsesi.info