Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda Türk Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
Gununsesi.info-nun xəbərinə görə, təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə rəğmən onların həyatını xilas etmək mümkün olmayıb.
Gununsesi.info










