Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb

  • Müəllif: admin
  • 30 Avqust 2020 15:34

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.

Qeyd edək ki, Giresunun Dereli rayonunda  avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində  Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.

 

 

Gununsesi.info