Türkmənistanda qadınlara İNANILMAZ QADAĞALAR: əməl etməyəni həbs cəzası gözləyir

  • By admin
  • 21 May 2022 09:20

Türkmənistanda artıq bir müddətdir ki, qadınlara kirpiklərini uzatmağa, botoks vurmağa, qaşlarına döymə etdirməyə, saçlarını rəngləməyə və avtomobilin önündə oturmağa icazə verilmir.

Gununsesi.info “BBC Azərbaycan”a istinadla xəbər verir ki, şahidlər bəzi qadınların şəhərdə polis reydləri vaxtı saxlanıldığını deyirlər.

Qaşlara vurulan döyməyə və botoksa görə  20-yə yaxın stüardessanın işdən çıxarıldığı deyilir.

Məlumatlara görə, paytaxtdakı gözəllik salonlarının sahiblərinə də xəbərdarlıq edilib ki, qadağan olunmuş xidmətlərə görə cərimə və hətta qısa müddətli həbs cəzası ala bilərlər.

Ailə planlaşdırılması üzrə IPPF təşkilatının bəyanatında deyilir ki, türkmənlər yeni Prezident Sərdar Berdıməhəmmədovun atasından “daha mütərəqqi” olacağına ümid edirdilər, lakin bu, özünü doğrultmadı.

İPPF-nin məlumatına görə, Türkmənistanda abortlar da faktiki olaraq qadağan edilib – hamiləliyin kəsilməsi üçün icazə verilən müddət indi 12 həftədən 5 həftəyədək qısaldılıb.

Qadınlara “düzgün davranış” qaydalarını öyrətmək ənənəsi  ölkənin ilk prezidenti – Türkmənbaşı hakimiyyəti vaxtı başlayan  ənənədir.

Gununsesi.info