Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi təsdiqlədi

  • By admin
  • 18 Noyabr 2021 23:03

Ukrayna parlamenti “Ukrayna-Türkiyə hökumətlərarası hərbi baza sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini təsdiqləyib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi 450 deputatdan ibarət parlamentdə 303 deputatın səsi ilə qəbul edilib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin 2020-ci il oktyabrın 16-da İstanbula səfəri zamanı imzalanan saziş qarşılıqlı hərbi əməkdaşlığın hüquqi əsasını təşkil edir.

Gununsesi.info