Ukraynada 227 uşaq öldürülüb

  • By admin
  • 14 May 2022 11:10

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 227 uşaq ölüb, 420 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Müharibə başlayandan bu günədək xəsarət alan uşaqların ümumi sayı 647-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Gununsesi.info