Ukraynalı deputat: "Ağdamda dağıntıları görmək çox ağırdır"

  • By admin
  • 18 Oktyabr 2021 10:41

Biz səfər zamanı Ağdam şəhəri ilə tanış olduq. Şəhərin hazırkı vəziyyətini, dağıntıları görmək çox ağırdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ukrayna Ali Radasının deputatı Vladimir Kredenko bildirib.

O, Ukraynanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və işğaldan azad edilmiş ərazilərin tezliklə yenidən qurulacağına əminliyini ifadə edib: “Əminəm ki, dövlət başçısının və xalqın birgə səyləri nəticəsində siz yaxın zamanda buranı yenidən qura biləcəksiniz. Ukrayna Qarabağın yenidən qurulması işlərində Azərbaycana dəstək verməyə hazırdır. Biz əminik ki, bu yerlər yenidən çiçəklənəcək. Bu yolda Ukrayna xalqı hər zaman Azərbaycan xalqının yanındadır”.

Gununsesi.info