Vəkilə böhtan atıb, hədələyən sabiq deputat Ali Məhkəmədə məğlub oldu

  • By admin
  • 24 Fevral 2022 00:06

Bir müddət əvvəl uduzduğu məhkəmə proseslərinə görə qarşı tərəfin vəkili olan Bəhruz Bayramova böhtan ataraq, ondan dəfələrlə şikayətlər edən sabiq deputat Cahangir Hüseynovun Ali Məhkəmədə də ümidləri puça çıxıb.

Qeyd edək ki, sabiq deputatın tərəf olduğu məhkəmə prosesində onun pul aldığı tərəfə yenidən pul iddiası araşdırılırdı.

Məhkəmədə məlum olmuşdu ki, Cahangir Hüseynovun qarşı tərəflə “barışıq sazişinə” əsasən nəzərdə tutulan 400 min ABŞ dolların yarısını, yəni 200 min ABŞ dollarını özü, qalanı oğlu tərəfindən alınıb.

Amma barışıq sazişindən 3 il keçdikdən sonra sabiq  deputat  iddia edib ki,  o pulu almayıb və oğlunun almasından da bixəbərdir.

Bununla bağlı prosesləri uduzan sabiq deputat məğlubiyyətinin səbəbkarı kimi vəkil Bəhruz Bayramovu görüb.

Proseslər zamanı vəkili təhqir edən, onu təxribata çəkın Cahangir Hüseynov onun barəsində dəfələrlə Vəkillər  Kollegiyasına şikayətlər etmişdi.

Bu şikayətlər əsassız olduğundan rədd edilmişdi.

Bu gün isə Ali Məhkəmə sabiq deputatın kasassiya şikayıtinə baxıb və rədd edib.

 

Gununsesi.info