Katolik kilsəsinin hər il təşkil etdiyi gizli konfransda bu il ilk dəfə olaraq rahibələr və qadınlar iştirak edib.
Gununsesi.info-nun məlumatına katolik kilsəsinin aparıcı kişi nümayəndələri hər il Vatikanda keçirilən konfransda iştirak edirlər. 2000 illik tarixində ilk dəfə olaraq qadınların iştirak etməsinə və səsverməsinə icazə verilib.
Bu il dünyanın müxtəlif ölkələrindən 300 yepiskopun qatıldığı toplantıda müxtəlif qruplardan olan rahibələr və qadınlar da iştirak edib.
Papa Fransiskin sədrliyi ilə keçirilən konfransda homoseksuallıq, boşanma və qadınların rolu kimi mübahisəli mövzular müzakirə edilib.
Katolik qadın təşkilatları uzun müddətdir ki, Vatikanda qadınlara daha çox söz vermək üçün kampaniya aparırlar.
Gununsesi.info