Velosiped üzrə dünya çempionu dörd aydan sonra komadan ayıldı

  • By admin
  • 30 Aprel 2022 02:23

Ötən il dekabrın əvvəlində məşq zamanı qəza keçirərək komaya düşən niderlandlı velosipedçi Emi Piters komadan ayılıb.

Qeyd edək ki, o zaman beyninə qan sızan velosipedçi təcili İspaniyanın Alikante şəhərinə aparılaraq əməliyyata qaldırılmışdı.

Həkimlər qeyd ediblər ki, hazırda Emi Pitersin şüuru üstündədir və tibb işçiləri ilə qeyri-şifahi ünsiyyət qura bilir.

Məlumat üçün qeyd edək ki, Emi Piters 2019, 2020 və 2021-ci illərdə keçirilən velosiped üzrə dünya çempionatının qalibi olub.

Gununsesi.info