Xəzərdə güclü partlayış  - Neft Şirkətindən açıqlama - VİDEO

  • By admin
  • 04 İyul 2021 22:41

SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

Gununsesi.info xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib

“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, – deyə o bildirib.

22:27

Xəzər dənizində partlayış baş verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Gununsesi.info