Xatirə təyyarədə əsəbiləşdi: "Mercedes"in puluna bilet almışam, səs-küyə baxın"

  • By admin
  • 10 İyul 2022 12:14

Müğənni Xatirə İslamın başına iş gəlib.

Gununsesi.info xəbər verir ki, sənətçi təyyarədə uşaqların ağlayıb, qışqırmasından narahatçılıq keçirdiyini ilə bağlı video paylaşıb.

Təyyarənin “Business class” sinifinə daxil olan yerdə əyləşən X.İslam yol boyunca səs-küydən əsəb keçirdiyini, həm sözlə, həm də üz ifadəsi ilə dilə gətirib.

“Yolu bax belə gəlmişik. Səsə qulaq asın. Biabırçılıq! “Mercedess” markalı avtomobilin pulunu verib, təyyarəyə bilet almışam, səs-küyə baxın. Nə deyim, özünüz bilirsiz də!” – deyə Xatirə yayımladığı videoda deyib.