XİN: Azərbaycan sülh gündəliyinə sadiqdir

  • By admin
  • 28 Oktyabr 2022 15:30

Azərbaycan sülh gündəliyinə sadiqdir.

 

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.

Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının sülh müqaviləsi ilə bağlı ilk görüşünün keçirildiyini xatırladan nazir müavini deyib: “Həmin görüşdə Azərbaycan tərəfi gələcək sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib. Hazırda biz qarşı tərəfdən həmin əsas elementlərə dair ilkin rəy və cavab gözləyirik. Bunun əsasında növbəti görüşlərin keçirilməsi müzakirə ediləcək”.