Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın öldü

  • Müəllif: Firuzə
  • 07 Yanvar 2026 11:31

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

Gununsesi.info  xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info