Yunanıstanda zəlzələ baş verdi

  • Müəllif: Firuzə
  • 08 Mart 2026 10:22

Yunanıstanda 5.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına əsasən, yeraltı təkanların episentri təxminən 144 000 nəfərin yaşadığı Larissa şəhərindən 155 km qərbdə yerləşib. Zəlzələ ocağı beş km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info