Zeleniskinin xanımı Londonda Kral III Çarlz ilə görüşüb

  • By admin
  • 03 Dekabr 2022 08:47
Böyük Britaniyada səfərdə olan Ukraynanın birinci xanımı Olena Zeleniskaya Əlahəzrət Kral III Çarlz ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə xanım Zelenskaya özünün sosial şəbəkə hesabında yazıb.
Mən Londondakı Ukrayna Katolik Katedralini ziyarət edən Kral ailəsi Əlahəzrət Kral III Çarlz ilə şəxsən görüşmək şərəfinə nail olmuşam.
Bu, əlahəzrətin Ukraynadan olan məcburi miqrantları dəstəkləmək üçün vaxt və xoş sözlər tapması birinci dəfə deyil – bu yaxınlarda o, Şotlandiyada, əvvəllər Rumıniyada onlara baş çəkdi.
 Böyük Britaniyanın Ukraynaya göstərdiyi və göstərəcəyi köməyə görə bütün ukraynalılar adından təşəkkür edirəm.
Çünki burada, Londonda, hər addımda, hər görüşdə bu dəstəyin necə gücləndiyini hiss edirəm  və bunun  dostluğumuz daha da gücləndirdiyinə əmin oluram.
Tərcümə:
Afət