Ərəb Parlamenti İsveçdəki “Quran”ın yandırılması ilə bağlı İslam dünyasına çağırış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, çağırışda İsveç mallarının boykot edilməsi və bu ölkəyə səyahət etməmə çağırışı yer alır.
Paralamentin qəbul etdiyi sənəddə müqəddəs kitab olan “Quran”In yandırılması ilə bağlı İslam dünyası ölkələri bu hərəkətlə bağlı ciddi mövqe göstərməyə səslənilir.
Ərəb Parlamentinin qərara aldığı sənəddə bu cür olayların müsəlmanların duyğularını hərəkətə keçirdiyini və belə bir davranışın rədd edildiyi qeyd edilir.
Şiddət və nifrət propaqandası, kin və nifrətə təşviqetmənin qınanıldığı bəyanatda İslama hörmətlə yanaşılmasının gərəkli olduğu yazılır.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda Salvan Momika adlı bir nəfər Stokholm məscidinin qarşısında polislərin ühafizəsində “Quran” kitabını yandırmışdı. Hadisə bir çox ölkələrdə etirazlarla qarşılanıb.
Tərcümə: Arzu