Əhaliyə sevindirici xəbər: maaş və pensiyalar arta bilər- VİDEO

  • By admin
  • 23 Oktyabr 2022 14:39

Bu ilin icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov ”Xəzər Xəbər”ə açıqlamasında büdcə proqnozlarına aydınlıq gətirib.

Onun sözlərinə görə, icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur:

“Qalıq növbəti ilin büdcəsinə əlavə olunur. Bu da birinci növbədə sosial tədbirlərin həyata keçirilməsinə, əmək haqqı və pensiyaların artmasına yönəldilir”.

2022 ci ilin yekunları tam təhlil olunduqdan sonra icmal büdcəsinin qalığının yönləndilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək.

Gununsesi.info