Mehriban Əliyeva dünya çempionu olan şahmatçılarımızı təbrik etdi

  • By admin
  • 23 Oktyabr 2022 14:31

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrikdə bildirilir:

“Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”

Gununsesi.info