Əli Əliyevin dördüncü ittihamı üzrə məhkəmə başlayıb

  • By admin
  • 27 Oktyabr 2022 18:08

Bu gün  Bakının Sabunçu rayon Məhkəməsində VİP-in  həbsdə olan sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə açılan cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə önündə olan Gununsesi.info-nun əməkdaşının xəbərinə görə, ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşlarının və insan hüquqları fəallarının qatıldığı prosesdə əli Əliyev çıxış edib.

Ona qarşı irəli sürülən ittihamı rədd edən partiya sədri bunu siyasi sifariş adlandırıb.

Partiya sədri tələb edib ki, bu iş üzrə kamera yoldaşlarının dindirilsin.

Xatırladaq ki, Əli Əliyev bu ilin yanvar ayının 13-dən etibarən həbsdədir. O, Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olduğu müddətdə partiya sədrinə qarşı daha 2 cinayət işi açılıb və həbs müddəti 1 ilədək uzadılıb. Bu günki məhkəmə baxışı təyin edilən cinayət işi Əli Əliyevə qarşı açılan sayca 4-cü cinayət işidir.

Məhkəmə iclasında hüquq müdafiəçiləri, jurnalistlər, eyni zamanda ABŞ-nin Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri də iştirak edib.

Prosesdə qaldırılan heç bir vəsatət təmin edilməyib. Növbəti məhkəmə iclası 5 noyabr, saat 10:00-a təyin olunub.

 

Afət Abbasova

Gununsesi.info