Əli Həsənov ona məxsus olduğu deyilən əmlaklardan danışdı

  • By admin
  • 10 Sentyabr 2020 15:04

Prezidentin keçmiş köməkçisi Əli Həsənov sosial mediada ona məxsus yayılan əmlak siyahısı barədə Gununsesi.info-nun sorğusunu cavablandırıb.

Əli Həsənov saytımıza göndərdiyi açıqlamasında bildirib ki, həmin siyahıdakı əmlakların ona aidiyyatı yoxdur:

“Bunu yayan adamın peşəsi neçə illərdir ki, Almaniyadan xüsusi sifarişlər yerinə yetirərək belə cəfəng nağıllar uydurmaq, Azərbaycanda hakimiyyətdə təmsil olunmuş və hazırda da təmsil olunan məmurları gözdən salmaqdan ibarətdir. Burada sadalanan əmlak və obyektlərin hər hansı birinin mənə və ailəmə aid olduğunu kim sübut etsə, onların hamısını dövlətimizə qaytarmağa hazıram”.

Gununsesi.info