Əlilliyimizi tanımaq istəmirlərsə, iş yeri versinlər - QARABAĞ QAZİLƏRİNİN TƏLƏBİ VAR

  • By admin
  • 21 Dekabr 2021 16:19

Gununsesi.info xəbər verir ki, Ucar rayonu Xələc kənd sakinləri 2-ci Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən sayta müraciət edilib.Onlar bildiriblər ki, həm əlillik ala bilmirlər, həm də işsizlikdən əziyyət çəkirlər.

Hər iki qazimizin şikayətini olduğu kimi təqdim edirik.

Hörmətli redaksiya, biz hər ikimiz Ucar rayonunun Xələc kənd sakinləriyik.Hər ikimiz Vətən müharibəsində iştirak etmişik.Məhərrəmov Əkbər Məhərrəməli oğlu müharibə zamanı sol qolundan güllə yarası alıb.Düşmən gülləsi Əkbərin sol qoluna dəlib keçmişdir.Nəticədə də yaralanmış hospitalda müalicə almışdır.Sol əli ilə əşya qaldıra bilmir.Ancaq əlillik dəcəsi təyin olunmur.
Biz əlillik və veteranlıq istəmirik.Biz iş istəyirik ki, bizi işlə təmin etsinlər.Buna görə Məşğulluq Mərkəzinə dəfələrlə getsəkdə bizi qəbul etmək istəmirlər.Ucar rayonunda vətəndaşı işə pulla qəbul edirlər.
Cəfərov Həsən İsa oğlunun himayəsində bir azyaşlı uşağı var.Müharibədən əvvəl Bakı şəhərində işləyib ailəsini saxlayırdı. İndi isə işsiz qaldığı üçün ailə yoxsulluq həddində yaşayır.
İşsizliyə görə yoxsulluq həddində yaşayırıq.Bu isə bizi intihar həddinə çatdırır.Biz oğurluq etmək istəmirik, yardım istəmirik, biz iş istəyirik.
19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır.Bizim isə ona verməyə pulumuz yoxdur.
Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevdən xahiş edirik bizi işlə təmin edin imkan verməyin vətən müharibəsində qazi olmuş əsgərləriniz işsizliyə görə aclıqdan məhv olsunlar.

Əlaqə telefonu Həsən Cəfərov-

(050) 960-02-60

Əkbər Məhərrəmov-

(050) 971-60-48

Gununsesi.info