Əməkdar incəsənət xadimi VƏFAT ETDİ

  • By admin
  • 03 Sentyabr 2022 21:37

Əməkdar incəsənət xadimi, şair, naşir, tərcüməçi Səyavuş Məmmədzadə vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza sosial şəbəkə hesabında məlumat yayıb.

Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.

Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979–1981) olub, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilib.

2003-cü ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb.

Allah rəhmət eləsin!

Gununsesi.info