Ərdoğandan NATO AÇIQLAMASI

“Türkiyə olmadan NATO güclü deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib.

Avqustun 23-də Yunanıstanın Girit adasında NATO missiyasını yerinə yetirən türk təyyarələrinin Rusiya istehsalı olan S-300-lər vasitəsilə sıxışdırılmasına toxunan Ərdoğan deyib:

“Türkiyəsiz NATO haqqında düşünülə bilməz. Yunanıstanın NATO-da heç bir dəyəri yoxdur. Türkiyə varsa, NATO güclüdür, Türkiyəsiz NATO güclü deyil”.

Gununsesi.info