Əvəz Zeynallı barədə apellyasiya şikayəti verildi

  • By admin
  • 12 Sentyabr 2022 01:04

Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Əvəz Zeynallının vəkili Aqil Layıc özünün sosial şəbəkə hesabında yazıb.

“Əvəz Zeynallının həbs edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib. Sabah Binəqədi rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, – vəkil qeyd edib.