11 ildən sonra ilk rəsmi ziyarət - Çavuşoğlu Misirə gedəcək

Çavuşoğlu Misirin xarici işlər naziri Şükrinin dəvəti ilə sabah Misirə rəsmi səfər edəcək.

Gununsesi.info xəbər türk mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu ilə Misirin xarici işlər naziri Sameh Şükri arasında keçiriləcək görüşdə Türkiyə-Misir ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra nazir Şükri həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edərək nazir Çavuşoğlu ilə görüşüb.

Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info