7 ay sonra vəzifəsindən azad edildi

Bakı Metropoliteni QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev vəzifəsindən azad edilib.

 Gununsesi.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

QSC-dən bildirilib ki, A.Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

 

 Gununsesi.info