Vuçiç istefa verəcəyini açıqladı

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın həftələr ərzində vəzifəsindən istefa verəcəyini və ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Vuçiç bildirib ki, istefasından sonra seçkilərin keçirilməsi üçün prosesə start veriləcək.

Qeyd edək ki, onun ikinci və Konstitusiyaya əsasən son prezidentlik müddəti 2027-ci ilin ortalarında başa çatmalı idi.

Gununsesi.info