800-ə yaxın əfv ərizəsi var -Fazil Mustafa

Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Fazil Mustafa qarşıdakı əfv sərəncamı haqqında danışıb.

Gununsesi.info-ya açıqlamasında komissiya üzvü deyib ki, müzakirələr cinayətlərin müəyyən kateqoriyasına görə sistemli şəkildə aparılır: “Sözsüz ki, demokratik müzakirə gedir”.

Komissiyanın gündəliyində 800-ə yaxın ərizənin müzakirəsinin durduğunu vurğulayan Fazil Mustafa bununla belə bildirib ki, kimlərin və nə qədər şəxsin azadlığa çıxması prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir: “İlk dəfə yüzdən artıq insanın əfv müraciətinə baxılıb. Bütün müzakirələr davam edir.  Səsvermə ilə məsələlər öz həllini tapır. Ona görə də ancaq gözləmək lazımdır. Qeyd etdiyim kimi hansı vaxta düşəcək dəqiq bilinmir. Çox ehtimal ki, may ayı üçün nəzərdə tutula bilər”.

 

Şəbnəm

Gununsesi.info