Yeniyetmə oğlana qarşı əxlaqsızlıq edən icarədara HÖKM OXUNDU

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2025 13:46
Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Pənah Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gununsesi.info Pravda.az-a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən Pənah Rəfiyev 2024-cü ilin iyun ayından dekabrın 9-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində – yaşadığı ünvan yaxınlığında və icarə əsasında işlədiyi mağazada 2013-cü il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Hadisələr yeniyetmə oğlanın köməksiz vəziyyətindən istifadə etməklə təqsirləndirilən şəxsin seksual ehtirasını pozğun formada təmin etmək niyyəti ilə baş verib.

Gununsesi.info