Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

  • Müəllif: Firuzə
  • 09 Oktyabr 2025 11:35

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədəGununsesi.info–ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Ehtiyar Şirinov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Gununsesi.info