İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

  • Müəllif: Firuzə
  • 13 Oktyabr 2025 14:36

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

 

Gununsesi.info