Rusiya Avropa ölkələrinə hücum edir? - Lavrov

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2025 15:44

“Rusiyanın NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrə hücum etmək planı yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizim heç vaxt NATO və ya Aİ üzvü olan heç bir dövlətə hücum etmək niyyətimiz olmayıb və yoxdur. Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq, lakin Aİ liderləri bu gələcək təminatları nəzərdən keçirməkdən yayınırlar” – deyə XİN rəhbəri vurğulayıb.

Gununsesi.info