Aytən Səfərova taksi çatışmazlığından şikayətləndi

  • Müəllif: Ayshan
  • 24 Noyabr 2025 23:37

Aparıcı Aytən Səfərova taksi çatışmazlığından şikayətlənib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə ‘Xəbər ertəsi’ verilişində danışıb. Aytən bu gün 25 dəqiqə taksi axtarışında olduğunu bildirib:

“Bu gün 25 dəqiqəyə yaxın taksi tapa bilməmişəm. Artıq Bakıda və Abşeron yarımadasında taksiləri göydə axtarırıq. Bu mövzunu dəfələrlə açmışıq, amma hələlik ortada bir nəticə yoxdur”.

Gununsesi.info