Aİ və Belçika səfirliyi  “Orange the World” kampaniyasına qoşulub

Avropa İttifaqına üzv ölkələrin səfirləri, eləcə də Belçikanın Azərbaycandakı səfirliyi qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınmasını hədəfləyən “Orange the World” kampaniyasına dəstək verib.

Gununsesi.info xəbər verir ki, Belçikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, kampaniyanın əsas məqsədi onlayn zorakılığın diqqətə çatdırılması olub.

Bəyanatda qeyd olunub ki, hər bir qadın və qız qorxu, nifrət və təzyiq olmadan azad və təhlükəsiz yaşamaq hüququna malikdir.

Qeyd edək ki, 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür.

BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Günün seçilməsi 1961-ci ildə Dominikan Respublikasında prezident Rafael Truxilonun əmri ilə siyasi fəal üç tibb bacısının öldürülməsi ilə bağlıdır.

Qadınlara qarşı zorakılığın qarşısını almaq məqsədilə keçirilən bu günün simvolu ağ lentdir.

 

 

Şəbnəm

Gununsesi.info