Göygöldə NİVA aşdı – ölən var

Göygöldə ağır qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info